Şüşə Tavan (Sun Room)

Şüşə Tavan (Sun Room)

Şüşə tavan, ətraf aləmin gözəlliyindən həzz almağa imkan verən müasir tikintinin əzəmətidir. Şüşə tavanlar kafe, restoran, qış bağçası, hovuz, terras, ticarət mərkəzi və s. kimi məkanların üzərini bağlamaq üçün nəzərdə tutulan sistemlərdir. Konstruksiyası alüminium və metal profillərdən ibarətdir. Şüşə tavanlar istəyə görə temperli, lamina, paket şüşə və ya polikarbonatdan quraşdırıla bilər. Şüşələr sadə və ya xüsusi (günəş işığını yüksək dərəcədə əks etdirmə və istiliyi az keçimə xüsusiyyəti olan) formada təklif olunur. Şüşə və profillərin rəng seçimlərinin olması da məkanın arxitektur quruluşunun və dekorasiyasının saxlanmasında müsbət rol oynayır. Şüşə tavanlar sabit, motorlu, pultla idarə edilə bilən və tam su keçirməz olur. Şüşə tavan tək qat və iki qat (paket) şüşədən ibarət olur. İstəyə uyğun olaraq istifadə olunacaq şüşə tək qat 6 mm, 8 mm, 10 mm və iki qat 6 mm+12GHB+6 mm və ya iki qat 6 mm+12GHB+4 mm ola bilər. İki qat şüşələnmənin üstünlüyü, İki şüşənin arasında mövcud olan xüsusi arqon qazının olmasıdır ki, çöl tərəf şüşə ilə iç tərəf şüşənin təması kəsilir, bu da sistemin səs izolyasiyasını, hermetikliyi artırır və eyni zamanda temperatur dəyişikliyi nəticəsində yaranabiləcək kondensatın (tərləmənin) yaranmamasını təmin edir.

• Orijinallıq
Bir şüşə dam hətta sadə bir evi müasir bir quruluşa çevirəcəkdir;
• Etibarlılıq
Düzgün montaj olunduqda belə bir dam davamlılıqda heç də sadə damdan qeriyə qalmır;
• Müxtəliflik
Formaların böyük seçimi orijinal dizaynlar yaratmağa imkan verir;
• Qənaət
Belə otaqlarda təbii işıq üstünlük təşkil edir, bu da elektrik enerjisinə qənaət etməyə kömək edir.

Rəng seçimi:
• Ağ, qəhvəyi, qara, antrasit və Rall boyalı təklif edirik
• Standart şüşə rəngi şəffaf, mövcud olan şüşə rəngləri (Qəhvəyi, Qara, Yaşıl, Göy, Qumlama).

Ünvan

Bakı şəhəri, Nəsimi r-nu,

Eldar Tağızadə küçəsi 18a.

Xəritədə göstər

Bizə müraciət göndərin

Göndər