Bioklimatik Pergola

Bioklimatik Pergola

Avtomatik açılıb-bağlana bilən Bioklimatik Pergola sistemi erqonomik və funksional olan ən son texlonoji məhsuldur. Günəşin, küləyin, yağışın, qarın mənfi təsirlərindən qorunmaq üçün quraşdırılan Bioklimatik Pergola kafe, restoran, qış bağçası, veranda, söhbətgah, hovuz üstü və digər məkanları iqlimin mənfi təsirlərindən qorumaqla yanaşı, quraşdırılan məkanlarda dəbdəbəli görünüş yaradır. Bioklimatik Pergola sistemində konstruksiyası alüminiumdan hazırlanır və heç bir dəmir konstruksiyadan istifadə olunmur. Sistemdə istifadə olunan profil və aksesuarlar paslanmaya davamlıdır. Bioklimatik Pergola sistemində, xüsusi hazırlanmış alüminium panellərdən istifadə olunur. Konstruksiya üçün nəzərdə tutulmuş bu panellər işıq, su keçirməz və yanğına davamlılıq xüsusiyyətlərinə malikdir. Panelin üzərinə kənardan bərk cisimlər (daş, şüşə, taxta və s.) düşərsə, sistemin isşləməsinə zərər göstərmir və təmizlənməsi çox rahatdır. Bioklimatik Pergola sistemindən ilin bütün fəsillərində, istənilən hava şəraitində rahat istifadə edilə bilir.
Konstruskiyanın açılması zamanı panellər növbəli şəkildə öndən geriyə doğru qatlanaraq bir birinin üzərinə yığılır. Səssiz işləyə bilən və hər ölçüdə istehsal oluna bilən bu sistem, istənilən vaxt, üzərinin tamamilə açılması ilə əlavə komfort yaradır. Membranlı Pergoladan fərqli olaraq bu sistemdə panellər həm arxaya doğru qatlanaraq yığılır, həm də 45 dərəcə bucaq altında yerində qatlanır. Bioklimatik Pergola sistemi istifadəsində bir çox üstünlüklər qazandırır. Panellərin içərisi poliuretan dolğu ilə doldurulur, bu isə öz növbəsində həm izolyasiya cəhətdən, həm də konstruksiyanin möhkəmliyi cəhətdən üstünlüklər qazandırır.

Rəng seçimi:
• Ağ, qəhvəyi, qara, antrasit və Rall boyalı təklif edirik

Ünvan

Bakı şəhəri, Nəsimi r-nu,

Eldar Tağızadə küçəsi 18a.

Xəritədə göstər

Bizə müraciət göndərin

Göndər