Cam Balkon

Cam Balkon

Cam Balkon Sistemləri eleqant şüşəli görünüşə malikdir.
Həm mənzillərin, həm də şəxsi binaların eyvanlarının və digər açıq məkanlarının şüşələnməsində istifadə olunur. Demək olar ki, bütün ölçülü və tipli açıq məkanların eyvanlarını şüşələmək üçün uyğundur. Dizayn elə qurulmuşdur ki, bütün şüşələr köçürülüb açılsın, divarların bir və ya bir neçə küncündə “kitablar” yaradılsın.

Müştərilərin bu növ şüşələnmənin seçmələrinin əsas səbəbi odur ki, şaquli profillər olmadığından şüşələri lazım olduqda tamamilə açmaq olar və bununla da panoramik görünüş əldə etmək olar və ya lazım olduqda şüşələri tamamilə bağlamaq olar, bu da öz növbəsində Cam Balkon Sistemindən ilin istənilən fəsilində, istənilən hava şəraitində rahatlıqla istifadəsini təmin edir.

Cam Balkon Sistemləri tək qat və iki qat (paket) şüşədən ibarət olur. İstəyə uyğun olaraq istifadə olunacaq şüşə tək qat 10 mm və iki qat 4 mm+12GHB+4 mm ola bilər. İki qat şüşələnmənin üstünlüyü, iki şüşənin arasında mövcud olan xüsusi arqon qazının olmasıdır ki, çöl tərəf şüşə ilə iç tərəf şüşənin təması kəsilir, bu da sistemin səs izolyasiyasını, hermetikliyi artırır və eyni zamanda temperatur dəyişikliyi nəticəsində yaranabiləcək kondensatın (tərləmənin) yaranmamasını təmin edir.

Profil və asesarlar türkiyə istehsalıdır, şüşələr temperlidir, şüşə qalınlığı sistemin növündən asılı olaraq 10 mm və ya paket şüşəli ola bilər, sistemin maksimal hünürlüyü 2400 mm (alt və ya üst hissəsi sabit olarsa umumi hündürlük 3500 mm ola bilər maksimal) iki qat şüşəli sistem daha hermetikdir.
Bütün məhsullar üzrə çatışmayanları əlavə etmək və onlara uyğun faillar yerləşdirmək

Rəng seçimi:
• Ağ, qəhvəyi, qara, antrasit və Rall boyalı təklif edirik
• Standart şüşə rəngi şəffaf, mövcud olan şüşə rəngləri (Qəhvəyi, Qara, Yaşıl, Göy, Qumlama).

Ünvan

Bakı şəhəri, Nəsimi r-nu,

Eldar Tağızadə küçəsi 18a.

Xəritədə göstər

Bizə müraciət göndərin

Göndər