Cam Balkon


Türkiyə istehsalı Paket Şüşəli Sürmə Sistemləri maksimal hündürlüyü 3 metr olan yerlərdə quraşdırılması nəzərdə tutulur. Paket Şüşəli Sürmə Sistemləri istifadəsində rahat və funksionaldır eyni zamanda müasir standartlara cavab verən bir sistemdir.

Təqdim olunan Paket Şüşəli Sürmə Sistemlərini Qış Baxçası, Gülafirəngi (Besedka), Manqalxana, Terras, Mənzil (ev) daxili açılıb-bağlanan arakəsmələrdə və sair kimi yerlərdə istifadə edilməsi nəzərdə tutulur. Sistem yana doğru və ya ortadan sağa-sola sürülərək açılıb-bağlanan sistemdir, istifadəsində uzunömürlü və təhlükəsizdir.

Paket Şüşəli Sürmə Sistemlər iki qat (paket) şüşədən ibarətdir. İki şüşənin arasında mövcud olan xüsusi arqon qazının sayəsində, çöl tərəf şüşə ilə iç tərəf şüşənin təması kəsilir, bu da sistemin səs izolyasiyasını, hermetikliyi artırır və eyni zamanda temperatur dəyişikliyi nəticəsində yaranabiləcək kondensatın (tərləmənin) yaranmamasını təmin edir. Rəng seçimi: • Ağ, qəhvəyi, qara, antrasit və Rall boyalı təklif edirik • Standart şüşə rəngi şəffaf, mövcud olan şüşə rəngləri (Qəhvəyi, Qara, Yaşıl, Göy, Qumlama).