Pergola


Avtomatik açılıb-bağlana bilən Pergola sistemləri erqonomik və funksional olan ən son texlonoji məhsuldur. Günəşin, küləyin, yağışın, qarın mənfi təsirlərindən qorunmaq üçün quraşdırılan Pergola kafe, restoran, qış bağçası, veranda, söhbətgah, hovuz üstü və digər məkanları iqlimin mənfi təsirlərindən qorumaqla yanaşı, quraşdırılan məkanlarda dəbdəbəli görünüş yaradır.

Pergola sisteminin konstruksiyası alüminiumdan hazırlanır və heç bir dəmir konstruksiyadan istifadə olunmur. Pergola sistemində istifadə olunan profil və aksesuarlar paslanmaya davamlıdır. Bu sistemdə yalnız İtaliya istehsalı olan “blackout tent parça” növündən istifadə olunur. Relsli tent sistemləri üçün nəzərdə tutulmuş bu parça, işıq, su keçirməz və yanğına davamlılıq xüsusiyyətlərinə malikdir.

Pergola tentinin (membranın) üzərinə kənardan bərk cisimlər (daş, şüşə, taxta və s.) düşdükdə cırılmır və təmizlənməsi çox rahatdır. Bunun sayəsində pergola sistemi ilin bütün fəsillərində, istənilən hava şəraitində rahat istifadə edilə bilir. Pergola sisteminin bağlanması, üzərindəki tentin (membranın) qatlanaraq geriyə çəkilməsi ilə təmin edilir. Səssiz işləyə bilən və hər ölçüdə istehsal oluna bilən bu sistem, istənilən vaxt üzərinin tamamilə açılması ilə əlavə komfort yaradır. Rəng seçimi: • Ağ, qəhvəyi, qara, antrasit və Rall boyalı təklif edirik