Giyotin avtomatik pəncərə


Giyotin Avtomatik Pəncərə sistemi, erqonomik və funksional olan ən son texlonoji məhsuldur. Avtomatik Pəncərə sistemi 90-110 sm məhəccər və əlavə hərəkət edən 2,3 və ya 4 şüşədən ibarət olur. Sistemin əsas vəzifəsi küləyin, yağışın, qarın və çöldən gələn yad cisimlərin qarşısını almaqdır.

Avtomatik Pəncərə sistem pultla uzaqdan idarə olunaraq istənilən mövqedə dayandırıla bilər. Hər modul bir-birindən asılı olmadan müstəqil hərəkət edir. Giyotin Avtomatik Pəncərə sistemi premium sinifə aiddir və ilin bütün fəsillərində rahatlıqla istifadə oluna bilər.

Təqdim olunan Avtomatik Pəncərə sistemi Türkiyə istehsalıdır, Avropa standartlarına tam uyğun məhsuldur, məkanları kəskin hava şəraitindən qorumaqla yanaşı, quraşdırılan yerlərdə müasir və dəbdəbəli görünüş yaradır. Giyotin Avtomotik Pəncərə Sisteminin iki növü mövcuddur, yuxarıdan aşağı və aşağıdan yuxarı hərəkət edən. Avtomotik Pəncərə Sistemi iki qat (paket) şüşədən ibarətdir. İki şüşənin arasında mövcud olan xüsusi arqon qazının sayəsində, çöl tərəf şüşə ilə iç tərəf şüşənin təması kəsilir, bu da sistemin səs izolyasiyasını, hermetikliyi artırır və eyni zamanda temperatur dəyişikliyi nəticəsində yaranabiləcək kondensatın (tərləmənin) yaranmamasını təmin edir.

1 ədəd sistemin maksimal genişlik (eni) 3300 mm, maksimal hündürlük isə şüşə sayından asılı olaraq 4 metrə qədər ola bilər. Sistem 2,3 və ya 4 şüşədən ibarət ola bilər. Rəng seçimi: • Ağ, qəhvəyi, qara, antrasit və Rall boyalı təklif edirik • Standart şüşə rəngi şəffaf, mövcud olan şüşə rəngləri (Qəhvəyi, Qara, Yaşıl, Göy, Qumlama).