İzo Sistem Qapı-pəncərə


İzo Sistem Qapı-pəncərə Sistemi iki qat (paket) şüşədən ibarətdir. İstəyə uyğun olaraq istifadə olunacaq şüşə 6 mm+12GHB+6 mm və ya 6 mm+12GHB+4 mm ola bilər. İki şüşənin arasında mövcud olan xüsusi arqon qazının sayəsində, çöl tərəf şüşə ilə iç tərəf şüşənin təması kəsilir, bu da sistemin səs izolyasiyasını, hermetikliyi artırır və eyni zamanda temperatur dəyişikliyi nəticəsində yaranabiləcək kondensatın (tərləmənin) yaranmamasını təmin edir. Sistemdə istifadə olunan İzo (isti alüminium, dielektrik qat ilə) profillər Türkiyə istehsalıdır, aksesuarlar isə Almaniya istehsalıdır. Sistemi həm sabit, həm pəncərə, həm də qapı kimi quraşdırmaq mümkündür.

Rəng seçimi:
• Ağ, qəhvəyi, qara, antrasit və Rall boyalı təklif edirik
• Standart şüşə rəngi şəffaf, mövcud olan şüşə rəngləri (Qəhvəyi, Qara, Yaşıl, Göy, Qumlama).