Akkordeon Qapılar (Bi-fold)


“Akkordeon” tipli qatlanan alüminum qapılar nəinki məkanda yerə qənaət etmək üçün imkan yaradır, həm də istənilən məkan üçün orijinal dizayn həllidir. Qapılar yanlara doğru açılan olur, sürməli qapılardan ibarətdir. Qanadlar ortadan bölünməklə, bir tərəfdən digər tərəfə hərəkət edir. Aksessuarlar Türkiyə və Almaniya istehsalıdır. İstifadə edilən profillər Türkiyə istehsalıdır. “Akkordeon” tipli qatlanan alüminum qapılar, uzunömürlü, təhlükəsiz və ən son texnoloji məhsuldur. “Akkordeon” tipli qatlanan alüminum qapılar iki qat (paket) şüşədən ibarətdir. İstəyə uyğun olaraq istifadə olunacaq şüşə 6 mm+12GHB+6 mm və ya 6 mm+12GHB+4 mm ola bilər. İki şüşənin arasında mövcud olan xüsusi arqon qazının sayəsində, çöl tərəf şüşə ilə iç tərəf şüşənin təması kəsilir, bu da sistemin səs izolyasiyasını, hermetikliyi artırır və eyni zamanda temperatur dəyişikliyi nəticəsində yaranabiləcək kondensatın (tərləmənin) yaranmamasını təmin edir.

Rəng seçimi:
• Ağ, qəhvəyi, qara, antrasit və Rall boyalı təklif edirik
• Standart şüşə rəngi şəffaf, mövcud olan şüşə rəngləri (Qəhvəyi, Qara, Yaşıl, Göy, Qumlama).