Sürməli Sistem


Türkiyə istehsalı Sürməli Sistemlər maksimal hündürlüyü 3 metr olan yerlərdə quraşdırılması nəzərdə tutulur. Sürməli Sistemlər istifadəsində rahat və funksionaldır eyni zamanda müasir standartlara cavab verən bir sistemdir. Şirkətimiz tərəfindən təqdim olunan Sürməli Sistemlər Türkiyə istehsalı profil və aksesuarlardan ibarətdir. Bu sistemlərin 2 növü mövcuddur, tək qat şüşəli və iki qat (paket) şüşəli. Tək qat şüşəli Sürməli Sistemin şüşə qalınlığı 10 mm, iki qat (paket) şüşəli Sürməli Sistemin isə 4 mm+12GHB+4 mm-dir. İki qat (paket) şüşəli Sürməli Sistemlərdə, iki şüşənin arasında mövcud olan xüsusi arqon qazı, çöl tərəf şüşə ilə iç tərəf şüşənin təması kəsilir, bu da sistemin səs izolyasiyasını, hermetikliyi artırır və eyni zamanda temperatur dəyişikliyi nəticəsində yaranabiləcək kondensatın (tərləmənin) yaranmamasını təmin edir. İstəyə uyğun, iki qat (paket) şüşəli Sürməli sistemlərdə, şüşə daxili şəbəkə (karolaj) də quraşdırılır, bu da öz növbəsində sistemə əlavə olaraq gözəl görünüş verir.
Təqdim olunan Sürməli Sistemlər Qış Baxçası, Gülafirəngi (Besedka), Manqalxana, Terras, Mənzil (ev) daxili açılıb-bağlanan arakəsmələrdə və sair kimi yerlərdə istifadə edilməsi nəzərdə tutulur. Sistem yana doğru və ya ortadan sağa-sola sürülərək açılıb-bağlanan sistemdir, istifadəsində uzunömürlü və təhlükəsizdir.

Rəng seçimi:
• Ağ, qəhvəyi, qara, antrasit və Rall boyalı təklif edirik
• Standart şüşə rəngi şəffaf, mövcud olan şüşə rəngləri (Qəhvəyi, Qara, Yaşıl, Göy, Qumlama).